Logo

BDU-nun zəhərlənən tələbələri evə buraxılıb

BDU-nun zəhərlənən tələbələri evə buraxılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələr evə buraxılıb.

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı bu gün saat 14:50-də evə yazılıblar.

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR