Logo

Oqtay Gülalıyevdən sevindirici xəbər: yavaş-yavaş bərpa olur

Oqtay Gülalıyevdən sevindirici xəbər: yavaş-yavaş bərpa olur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nəfəs alması da yaxşılaşıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəlləyiş var.

Sfera.az  xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb: "Əməliyyatdan sonra başındakı qanlı su təmizlənib. Bu gün rəngi özünə qayıdıb, xeyli yaxşı görünür. Həkimi Mehdi Sasani deyir ki: "bu elə böyük bir əməliyyat deyil, amma bu kirli suyu təmizləmək onu rahatladacaq, nəfəs alması da yaxşılaşıb, müqaviməti yavaş-yavaş bərpa olur, sonrasını müalicə göstərəcək".

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı "Amerika Xəstəxanası”na köçürülüb.

O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb. (AzNews)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR