Logo

BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB

BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

15 :00

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.

Sfera.az  "Report”a istinadən xəbər verir ki, o, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Xatırladaq ki, hadisə bu gün Mətbuat küçəsi 36 ünvanında qeydə alınıb. Həkimlər hadisə yerinə çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

İki tələbənin müalicəsi davam edir.

15: 12

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi müəyyənləşib.

Sfera.az xəbər verir ki,  bunlar Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

Qeyd edək ki, BDU-nun rektoru Elçin Babayev universitetin 2 saylı yataqxanasında zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR