Logo

Elmi ad alan şəxslərə əlavə ödənişlər ediləcək

Elmi ad alan şəxslərə əlavə ödənişlər ediləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Uzun müddətdir gözlənilən "Elm haqqında" qanun layihəsi yaxın vaxtlarda daha

təkmilləşdirilmiş və geniş formada Milli Məclisin yaz sessiyasının plenar iclasında

müzakirəyə çıxarılacaq.

Sfera.az bildirir ki, bunu modern.az-a parlamentin Elm və təhsil komitəsinin sədri,

AMEA-nın vitse prezidenti İsa Həbibbəyli deyib. O qeyd edib ki, qanun layihəsində

həm komitə üzvlərinin fikirləri, həm də əlaqədar icraedici orqanların rəyləri nəzərə alınıb.

""Elm haqqında" qanun layihəsi indiki halda zamanın çağırışlarına cavab verir.

Qanun layihəsi çox təkmilləşdirilib. Birinci oxunuşda qanun layihəsi 8 fəsildə idisə, indi 7 fəsildən

ibarətdir.   Birinci oxunuşda olmayan müddəalar bura daxil edilib. Elmi fəaliyətin məhdudlaşdırılmasına,

ölkənin milli təhlükəsizliyinə mane olan məsələlər qanun layihəsindən çıxarılıb, alimlərin fəaliyyəti

üçün inkişafa meylli müddəalar daxil olunub".

Deputat yeni qanun layihəsində nəzərdə tutulan elmi fəaliyyətin daşıyıcılarına elmi adlara görə

təqaüdlərin verilməsi mexanizmlərindən də danışıb:

"Elmi dərəcələrə və elmi adlara görə elmi fəaliyyətin daşıyıcıların əlavə ödənişlərin verilməsi

ölkə Prezidenti tərəfindən mərhələ-mərhələ həyata keçirilməkdə davam edilir. Yeni qanun

layihəsində elmi dərəcələrlə yanaşı, elmi adlara görə dosent, prfoessorlarımıza əlavə ödənişlərin

verilməsi həyata keçiriləcək.

Biz elmi rəhbərliyə, opponentliyə, elmi ekspertiza fəaliyyətinə görə də alimlərin sosial müdafiəsi

yönündə addımların atılmasını qanun layihəsində ifadə etməyə çalışmışıq. Ediləcək əlavələrin

həcminin müəyyən edilməsi hər hansı qanun, eyni zamanda "Elm haqqında" qanun layihəsinin

subyekti deyil,  müvafiq icra hakimiyyəti orqanı müəyyən edir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR