Logo

Daha 2 dövlət qurumunda Apellyasiya Şurası yaradıldı

Daha 2 dövlət qurumunda Apellyasiya Şurası yaradıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra

hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral

tarixli Fərmanına uyğun olaraq, Müdafiə Sənayesi Nazirliyində Apellyasiya Şurası və Şuranın

Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Milli.Az bildirir ki, nazirlikdən AZƏRTAC-a deyiblər ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və

hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi,

bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə

yaradılan Apellyasiya Şurasına müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev sədr,

nazirliyin şöbə müdirləri Fərrux Vəzirov, Eldar Bağırov, Fikrət Axundov, Vəli Fətəliyev, İsmayıl Kərimov vəBəxtiyar Əsədov isə üzv təyin olunublar.

Apellyasiya Şurasının Katibliyinə nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov rəhbərlik edəcək.

Katibliyin tərkibinə nazirliyin sektor müdirləri Ceyhun Ömərli, Xasay Əmirov, Ramin

Şahbazov,baş məsləhətçilər Akif Məmmədov, Şəfəq Kərimova və böyük məsləhətçi Rövşən Əhmədovdaxil ediliblər.

Apellyasiya Şurası Bakı şəhəri, Mətbuat prospekti, 40 ünvanında - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

***

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra

hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli

Fərmanına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Apellyasiya

Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Sfera.az bildirir ki, DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a deyilib ki, sahibkarlıq fəaliyyəti

göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin

təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi

məqsədilə yaradılan Şuraya Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin

olunub. Altı nəfərdən ibarət Apellyasiya Şurasına Dövlət Komitəsinin mərkəzi aparatına daxil olan

şöbələrin müdirləri, katibliyə isə Komitənin məsul əməkdaşları daxildir.

Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri Əhməd Cavad 12 ünvanında - Dini Qurumlarla İş

üzrə Dövlət Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR