Logo

SOCAR direktorunun 80 min manatı oğurlandı

SOCAR direktorunun 80 min manatı oğurlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru Kənan Yavuz fırıldaqçılığın qurbanı olub.

APA-nın Türkiyənin "Vətən" qəzetinə istinadən verdiyi məlumata görə, K. Yavuz ticarət mərkəzində

olarkən kredit kartı ilə alış-veriş etmək istəyib, lakin problemlə üzləşib. Bu zaman K. Yavuz banka

zəng vurub. Bank rəsmisi bildirib ki, kredit kartı ləğv edilib: "Siz özünüz kredit kartınızı itirdiyinizi

bildirərək, kartı ləğv etdirmisiniz. Yeni kredit kartınız isə ünvanınıza göndərilib".

 
K. Yavuz isə bildirib ki, banka heç bir müraciət etməyib.
 
Aparılan araşdırma nəticəsində məlum olub ki, dələduzlar K. Yavuzun yeni kredit kartından 150

min türk lirəsi (80 min manata yaxın) oğurlayıblar.

 
Artıq hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR