Azərbaycanda nazir oğulları orduya çağırılır
Yəqin xatırlayırsınız, bir müddət əvvəl Amerikanın öz dəqiq və mötəbər hesabatları ilə seçilən
Global Firepower təşkilatının reytinqində Azərbaycan ordusu dünya ölkələrinin ən güclü Silahlı
Qüvvələri sırasında 50-ci yerə layiq görülmüşdü.
Sfera.az anspress-ə istinadən bildirir ki, Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci
Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov haqqin.az-a eksküliziv
müsahibəsində Silahlı Qüvvələrimizdəki bugünkü durum, aparılan hərbi islahatlar, eləcə də
ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.
General öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə - imkanlı,
vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib.
Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa
məmurların, hətta nazirlərin oğulları da çağırılır: "Ölkəni hamı qorumalıdır: həm varlılar, həm
də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa,
onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla
qanımıza qədər qorumaq hər birimizin borcudur".
2013-cü il oktyabrın 22-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında
sərəncam imzalayıb. Sərəncama əsasən Zakir Əsgər oğlu Həsənov müdafiə naziri təyin
edilib. Səfər Əbiyev tutduğu postdan kənarlaşdırılb. Zakir Həsənov bu təyinatadək daxili işlər
nazirinin müavini, Daxili Qoşunların Komandanı idi.