Logo

Dövlət Əmək Müfəttişliyi məhkəməni uduzdu

Dövlət Əmək Müfəttişliyi məhkəməni uduzdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Apellyasiya Məhkəməsində Dövlət Əmək Müfəttişliyinin "Nokia Solutions

and Networks Baku" MMC-nin direktoruna qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Sfera.az APA-ya istinadən bildirir ki, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, müfəttişlik şirkətin direktoru Çili Mehmet Ozanın barəsində İnzibati Xətalar

Məcəlləsinin 54.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul

edib. Lakin Çili Mehmet Ozan həmin qərarın müddətinin keçdiyini əsas gətirərək qərara

xitam verilməsini istəyib. O, bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə onun iddiasını təmin edib. Qərarla razılaşmayan müfəttişlik isə apellyasiya şikayəti verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR