Bakı yollarında sıxlıq var

Bakı yollarında sıxlıq var

NİİM-dən Milli.Az-a verilən məlumata görə, fevralın 11-də səhər saatlarında paytaxtın bir sıra 

küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.


Belə ki, hazırda Bakının əsasən İstiqlaliyyət, Niyazi, 28 May, Şah İsmayıl Xətai, İlqar Musayev,

 General Səmədbəy Mehmandarov küçələrində və Böyükşor şossesində sıxlıq yaşanır

Qeyd edək ki, bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirilir.

 Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır. Su 

borularının dəyişdirilməsi ilə əlaqədar olaraq 10-11 fevral tarixlərində İstiqlaliyyət küçəsinin Şeyx

 Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə 

bağlı olacaq. Bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcəklər.

Bundan əlavə, hazırda Ceyhun Səlimov küçəsinin Hərbi hospitalın qarşısından 3-cü mkr dairəsinədək

 hissəsi orada yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlıdır.


OXŞAR XƏBƏRLƏR