Logo

Cəbhədə son durum

Cəbhədə son durum
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı bölmələri cəbhənin

müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun

Voskevan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax

rayonunun Qızılhacılı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex, Çinari

kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Koxanəbi kəndlərində,

Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu

ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Yarımca,

Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad,

Mərzili, Qaraqaşlı, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli

rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun

Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl

rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin

mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə,

mövqelərinə və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR