Logo

Vasif Talıbov Naxçıvan Avtomobil Zavodu ilə bağlı tapşırıq verib

Vasif Talıbov Naxçıvan Avtomobil Zavodu ilə bağlı tapşırıq verib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Naxçıvan Biznes Mərkəzində respublikada fəaliyyət göstərən sahibkarlarla görüşən

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Avtomobil Zavodunda

istehsal olunan avtomobillərə baxıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, V. Talıbova bildirilib ki, zavodda tələbata uyğun, eləcə

də sifariş əsasında 12 modeldə avtomobil istehsal olunur. Müasir təchizatı, dizaynı və interyeri ilə

seçilən, avtomatik və mexaniki sürət qutusu ilə təchiz olunan minik avtomobilləri AVRO-5 standartlarına

cavab verir. Bu da yerli tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Rahat və keyfiyyətli

olması, sərfəli kredit və münasib qiymətlərlə təklif edilməsi, eyni zamanda, ehtiyat hissələrinin satışının

həyata keçirilməsi alıcıların bu avtomobillərə üstünlük verməsinin əsas səbəblərindəndir. Gələcəkdə müəssisədə tələbata uyğun olaraq yeni modellərin yığılmasına da başlanılacaq.

V. Talıbov zavodda keyfiyyət amilinə ciddi diqqət yetirilməsi və avtomobillərin ehtiyat hissələrinin

istehsalına başlanılması barədə tapşırıq verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR