Cəbhədəki vəziyyətlə bağlı həyəcanlı xəbərlər gəlir

Cəbhədəki vəziyyətlə bağlı həyəcanlı xəbərlər gəlir

Müdafiə Nazirliyi ordumuzun 7 şəhid verməsinə dair söz-söhbətə reaksiya verdi.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, fevralın 10-da düşmən təxribatı nəticəsində 
hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin yaydığı
 rəsmi məlumatda bildirilir. Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı 
verib və səbr diləyib.

Aldığımız məlumata görə, baş leytenant rütbəli R.Quliyev Türkiyədə təhsil alan peşəkar zabitlərimizdən 
olub. Ancaq onun hansı şəraitdə şəhid olması dəqiq açıqlanmır. 

Qeyd edək ki, bu, ordumuzun son on gündə üçüncü itkisidir. Yanvarın 30-da Azərbaycan-Ermənistan 
sərhədində düşmən təxribatı nəticəsində 1996-cı il təvəllüdlü Nahid Fikrət oğlu Səfərov Tovuz rayonu
 istiqamətində şəhid olmuşdu. Qeyd edək ki, N. Səfərov 2014-cü ilin oktyabr ayında Lənkəran RHK-dan 
orduya çağırılmışdı və tərxis olunmağına cəmi 2 ay qalmışdı. Fevralın 3-də isə Yevlax RHK-dan hərb
xidmətə çağrılmış əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid oldu. 

Adının çəkilməsini istəməyən məlumatlı mənbəmizin dediyinə görə, son vaxtlar cəbhədə vəziyyət xeyli
 gərginləşib və komandanlıq gücləndirilmiş hərbi rejimə keçməklə bağlı qərar verib. Bu səbəbdən düşmənin 
təxribat-diversiya əməllərinin qarşısını almaq üçün ön xəttə əlavə qüvvələr yerləşdirilib. Gədəbəy, Tovuz, 
Qazax istiqamətində vəziyyətin daha kritik olduğu da deyilir. İddialardan biri budur ki, son günlər ərzində 
itkilərimizin sayı əslində çoxdur. Hətta 7 şəhid verdiymiz barədə də xəbərlər yayılıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə əməkdaşımıza açıqlamasında bildirdi ki, bu
 kimi xəbərlərin heç bir əsası yoxdur: "Şəhid olan yeganə hərbçimiz barədə rəsmi xəbər yaymışıq. Necə ola 
bilər ki, 7 şəhid verək, amma Müdafiə Nazirliyində bununla bağlı xəbər olmasın, yaxud biz məlumat yaymayaq?
 Bu, mümkün deyil”.


OXŞAR XƏBƏRLƏR

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...

Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.     Sfera.az xəbər verir ki, ...