Logo

Bakıda V Vergi Forumu keçirilir - YENİLƏNİB

Bakıda V Vergi Forumu keçirilir - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu

öz işinə başlayıb.

Trend-in məlumatına görə, forumda Prezident Adminstrasiyası, Milli Məclis, Nazirlər Kabineti və

digər dövlət orqanlarının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının,

Ümumdünya Bankının, yerli bankların, qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Forumda çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, enerji resurslarının qiymətlərinin

kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, 2015-ci ildə Azərbaycanda ÜDM 1 faizdən çox, qeyri-neft

sektorunda isə 8,4 fazi artım qeydə alınıb: "Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait yatırılıb ki,

bunun da yarısı xarici vəsaitdir. Davos İqtisadi Forumunda Azərbaycan iqtisadiyyatın rəqabətqabiliyyətliyi üzrə dünyada 40-cı yeri tutub. Bu da MDB ölkələri arasında ən yaxşı göstərici deməkdir".

Nazir müavini qeyd edib ki, dövlət qarşısında duran vəzifələrin reallaşdırılması, sahibkarlığın inkişafı üçün

mövcud biznes mühitinin yaxşılaşdırılması, əhalinin dünya böhranlarının mənfi nəticələrindən qorunması

üzərində işləyir: "Bu strategiyanın davamlı olması üçün dövlət büdcəsinin gəlirlərini artırmaq lazımdır və

təbii ki, bunun üçün sahibkarlar və biznes strukturları ciddi iş görməlidirlər. Onlar vergi öhdəliklərini vaxtında

və tam yerinə yetirməli, uçotu düzgün aparmalı və vergi ödəməkdən yayınmamalıdırlar".

O əlavə edib ki, dövlət başçısı sahibkarlar və dövlət orqanları qarşısında konkret vəzifələr qoyub:

"Bu vəzifələrin reallaşdırılması bizim borcumuzdur".

--------

10:37

Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu öz işinə

başlayıb.

Sfera.az Trend-ə istinadən bildirir ki, forumda Prezident Adminstrasiyası, Milli Məclis, Nazirlər Kabineti

və digər dövlət orqanlarının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının,

Ümumdünya Bankının, yerli bankların, qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR