Logo

Avtomobillə metronun "İçərişəhər" stansiyasına doğru getməyin

Avtomobillə metronun "İçərişəhər" stansiyasına doğru getməyin
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məlum olduğu kimi, Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası

Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam

etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Milli.Az xəbər verir ki, su borularının dəyişdirilməsi ilə əlaqədar olaraq Şeyx Şamil küçəsindən

sola dönərək İstiqlaliyyət küçəsi ilə avtomobillərin hərəkətinə fevralın 10-u (bu gecə) saat 00:00-da

qadağa qoyulacaq. Bu küçədə avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 10-u səhər saat

08:00-da aradan qaldırılacaq.

Eyni zamanda, sadəcə gecə saatlarında davam edəcək təmir işləri ilə əlaqədar fevralın 10-u və 11-i

saat 00:00-dən etibarən Niyazi küçəsindən sağa dönərək İstiqlaliyyət küçəsi istiqamətində avtomobillərin

hərəkətinə icazə verilməyəcək. İstiqlaliyyət küçəsində hər iki gecə tətbiq olunacaq qadağa səhər saat

08:00-da aradan qaldırılacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar

daimidir. Bu yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR