Logo

5 rayonda qaz olmayacaq

5 rayonda qaz olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhəri  Nizami, Sabunçu, Xəzər, Suraxanı, Abşeron rayonlarının, həmçinin Qazax rayonunun

təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Sfera.az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə,

Bakı Regional qaz istismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində istismarı

dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi,

Yeni Günəşli qəsəbəsi A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq bağçasına çəkilmiş qaz

xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda diametri 159 mm-lik qaz xəttinin

yerinin dəyişdirilməsi zərurəti ilə əlaqədar 10 fevral 2016-cı il tarixdə  saat  09:30-dan işlər yekunlaşanadək

Nizami rayonu 8-ci km qəsəbəsində, Sabunçu rayonu Maştağa qəsəbəsində, Xəzər rayonu Buzovna

qəsəbəsində, Suraxanı rayonu Bülbülə qəsəbəsi və Yeni Günəşli massivində, Abşeron rayonu Mehdiabad qəsəbəsində, həmçinin saat 10:00-dan - 18:00-dək isə  Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində

fasilələr yaranacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR