Logo

Qadın güləşçilərimiz Ukraynada - FOTO

Qadın güləşçilərimiz Ukraynada - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

8-13 mart 2016-cı il tarixdə Latviyanın Riqa şəhərində güləş üzrə böyüklər arasında Avropa

çempionatı keçiriləcək.

Sfera.az bildirir ki, Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionata

hazırlaşan qadın güləşi üzrə yığma komandamızın üzvləri Ukraynanın Konça-Zaspa təlim-məşq

bazasında hazırlıqları davam etdirirlər. Yığmamızın üzvləri ilə yanaşı, Ukrayna, Macarıstan,

Braziliya və Böyük Britaniya güləşçiləri də təlim-məşq toplantısında iştirak edirlər.

Baş məşqçi Semyon Çteryov və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Kiyevə yollanan

yığmanın heyətində Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq) və

Yuliya Ratkeviç (58 kq) yer alıblar.

Fevralın 1-dən başlayan təlim-məşq toplanışı ayın 11-də başa çatacaq. Daha sonra yığma komandanın

üzvlərinin 13-14 fevral 2016-cı il tarixdə Kiyevdə keçiriləcək beynəlxalq turnirdə iştirakı planlaşdırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR