Paşinyan Təhlükəsizlik Şurasının iclasını niyə Qarabağda keçirir? - Bir təxribatın izi ilə

Paşinyan Təhlükəsizlik Şurasının iclasını niyə Qarabağda keçirir? - Bir təxribatın izi ilə
Ermənistan Təhlükəsizlik Şurasının iclasının işğal altındakı torplaqlarda keçirilməsi kifayət qədər gözlənilməz addım idi.
 
Baş nazir Nikol Paşinyana qədər, heç bir Ermənistan rəhbəri ölkəsinin əsas təhlükəsizlik iclasını işğal altındakı torpaqlarda keçirməmişdi. Bu demarşın nəyə hesablandığını təxmin etmək çətin deyil. Belə ki, Paşinyanın ATƏT-in Minsk Qrupunun regiona səfərindən az sonra Qarabağa getməsi onun planlarını anlamağa kömək edir.


Belə ki, ATƏT-in Minsk Qrupu son bəyanatında Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə tərəf kimi qoşulması barədə açıqlamalarına cavab vermişdilər. Miasnk Qrupunun yaydığı bəyanatda danışıqların formatının tərtərəfli qaydada dəyişdirilə bilməyəcəyi ifadə olunurdu.


Bəyanatda ünvanlı ad çəkilməsə də, tənqidin Paşinyanaqarşı yönəildiyi heç kəsə sirr deyildi. ATƏT-in bəyanatı Nikol Paşinyanın dalana dirənməsinə səbəb oldu. Belə ki, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təmsil olunmasına nail ola bilməyən Paşinyan, digər tərəfdən verdiyi populist açıqlamalardan da imtina edə bilmir.

Ola bilsin ki, Nikol Paşinyan separatçıların rəhbəri Bako Saakyanın da qatılacağı iclasdan sonra ictimaiyyətə proses barəsində məlumat yaxud rezonanslı bəyanat versin. 
İstənilən halda, təcrübəsizliyi və populizmə meylliliyi ilə seçilən Nikol Paşinyan Təhlükəsizlik Şurasının İclasını Xankəndində keçirməklə beynəlxalq normaları pozmuş, rəsmi Bakıya və Minsk Qrupunun həmsədrlərinə açıq təxribatçı mesaj vermişdir.Modern

OXŞAR XƏBƏRLƏR