Təkliflər paketi aydın və sadə dildə yazılmalıdır-ekspertdən təklif

Təkliflər paketi aydın və sadə dildə yazılmalıdır-ekspertdən təklif
"Problemli kreditlərlə bağlı ödəmə mexanizmini və güzəştləri təsdiq etməli olan qurumlar bəzi məsələlərə aydınlıq gətirməlidir”
Sfera.az-a açqılamasında bu sözləri Maliyyə Bazarına Nəzarət Palatası və Mərkəzi Bankın problemli kreditlərlə bağlı fərmandan irəli gələrək hansı addımları atmalı olduğuna aydınlıq gətirərkən iqtisadçı ekspet Natiq Cəfərli deyib:  

"Əslində problemli kreditlərin həllilə bağlı fərmandan sonra bir çox suallar yaranıb ki, hələ də onlara aydınlıq gətirilməyib. Bir sıra məqamlar vətəndaşları hələ də narahat edir. Əsas məsələ odur ki, iki devalvasiyadan sonra dollar kreditlərini banklarda manat kreditlərinə çevirənlər var. O zaman banklar intensiv şəkildə müştəriləri dəvət edərək, dollar kreditlərini manata çevirməyi təklif etmişdilər. Həmin proseslə bağlı minlərlə müqavilələr dəyişib. Bu müqavilələrlə bağlı hələ ki, aydınlıq yoxdur. Ona görə də bu məsələyə aydınlıq gətirilməsi vacibdir. Digər tərəfdən, iki devalvasiyadan əvvəl götürülən və birinci və ikinci devalvasiyada ümumiyyətlə ödəniş edilməmiş kreditlərin aqibəti necə olacaq, hansı proporsiya ilə hesablanacaq?  Birinci devalvasiyaya qədər olan təzminat ödəniləcək, yoxsa hər ikisi ödəniləcək? Bu istiqamətdə də suallar açıq qalır. Bunlara da aydınlıq gətirilməlidir. 


Ümumilikdə götürdükdə təkliflər paketi çox aydın və sadə dildə yazılmalıdır. Təəssüf ki, bizdə bəzi rəsmi sənədlər həddən artıq qəlizləşdirilmiş, aydın olmayan dildə və açıq qapılar buraxılan dildə yazılır. Ona görə də bəzi  məsələləri bir neçə istiqamətdə yozmaq olur. Ona görə də təkliflər aydın, hər kəsin başa düşüləcəyi və vətəndaşda sual doğurmayacağı şəklində hazırlanmalıdır”.

Qeyd edək ki, prezidentin problemli kreditlərlə bağlı verdiyi fərmandan irəli gələrək Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...

Astroloq müjdəni verdi: Qarşıdakı 4 gün ərzində...

Astrologiyaya görə, bu gün Günəş və Uran birlikdə hərəkət edəcək. Dörd gün ərzində təsirli olacaq bu astroloji inkişaf bürclərə müsbət mənada təsir göstərəcək. ...