Məmmədyarovdan Paşinyana ilginc – Mesaj

Məmmədyarovdan Paşinyana ilginc – Mesaj
"Bakı 2019-cu ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasında irəliləyiş olacağına ümid edir”.

Bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov "The Korea Times”-a verdiyi müsahibəsində bildirib.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi bütün platformalarda ən yüksək səviyyədə ifadə olunub. Münaqişə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmalıdır”, - deyə Məmmədyarov qeyd edib.

Məmmədyarov vurğulayıb ki, təəssüf ki, illərdir aparılan danışıqlar hələ ki heç bir nəticə verməyib.

"Ümumiyyətlə qeyd etmək istərdim ki, Ermənistanın mövcud rəhbərliyi münaqişənin həlli üçün siyasi iradəni nümayiş etdirməlidir və yaxşı qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq adına fəaliyyət göstərməlidir.

Ümid edirik ki, bu il Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından müəyyən irəliləyişlər əldə ediləcəkdir. Münaqişənin həllində irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şərait yaratmaqla, ilk növbədə Ermənistanın iqtisadi inkişafı də üçün imkanlar açır”, -deyə Məmmədyarov əlavə edib.Teleqraf


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...