"Paşinyana qarşı sui-qəsd ola bilər"- ekspert

"Çox güman ki, yaxın zamanlarda Sarkisyan da Köçəryanın taleyini yaşamalı olacaq”
 
Sfera.az-a açıqlamasında bu sözləri son zamanlar daşnaklarla "Qarabağ klanı”nın aktivləşməsi və bu fonda Ermənistan, habelə  Dağlıq Qarabağın özündə belə İrəvan və Qarabağ erməniləri arasında qarşıdurmanın şiddətlənməsinə münasibət bildirərkən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. 
Millət vəkili bildirdi ki, əslində Ermənistanda, o cümlədən Dağlıq Qarabağda qarabağlılarla oradan olmayanlar arasında mübarizənin əsası qoyulur. Hansı ki, onun alovlanaraq işğalçı ölkə daxilində vətəndaş müharibəsinə çevrilməsi də istisna deyil: "Məlum olduğu kimi, Paşinyanın həyata keçirdiyi inqilab nəticəsində Ermənistanda hakimiyyəti zəbt edən "Qarabağ klanı”nın iqtidarına son qoyuldu. Lakin bu son qoyuldu ifadəsini işlədərkən bir qədər  ehtiyatla işlətmək lazımdır. Çünki qondarma Dağlıq Qarabağ rejimində "Qarabağ klanı” öz hakimiyyətini qoruyub saxlayır. Faktiki olaraq da, Paşinyanla "Qarabağ klanı” arasında kim-kimə qalib gələcək mübarizəsinə start verilib. Paşinyan qalib gələrsə, öz hakimiyyətini sözsüz ki, möhkəmləndirəcək. Hər halda düşmən ölkədə mübarizə kifayət qədər gərgin müstəviyə keçib. Yanvarın 18-də Ermənistan hakimiyyəti Robert Köçəryanın həbs müddətinin daha iki ay nmüddətinə uzadılmasına nail oldu. Eyni zamanda, Serj Sarkisyan da dindirilmək üçün istintaqa cəlb edilib. Onu da 2008-ci ilin bir mart hadisələrinə görə ittiham edirlər. Belə olan təqdirdə, çox güman yaxın zamanlarda Sarkisyan da Köçəryanın taleyini yaşamalı olacaq. Bu dindirilmələr nəticə etibarı ilə Sarkisyanın da həbsinə aparan yolun başlanğıcıdır”.
 
Bu kontekstdə həmsöhbətimizə görə, heç şübhəsiz separatçıların lideri Bako Saakyan da özünü rahat hiss etmir: 
 
"O Köçəryanla Sarkisyanın adamıdır. Paşinyan keçən parlament seçkiləri zamanı Saakyana Ermənkistandakı seçkilərə Sarkisyan-Köçəryan tərəfdarı olaraq müdaxilə etməsilə bağlı barmaq da silkələdi. Hətta Paşinyan deyirdi ki, necə ola bilər öz oğlu Qarabağda hərbi xidmət keçir, ancaq Dağlıq Qarabağ separatçılarının övladları bütövlükdə hərbi xidmətdən yayınır. Beləcə görürük ki, indi Bako Saakyan da Paşinyanın hədəfindədir. Belə olan təqdirdə, qarşı tərəf də Paşinyana qarşı müxtəlif təzyiq üsullarından istifadə etməyə çalışır. Nəzərə alaq ki, "Qarabağ klanı” böyük maliyyə imkanlarına malikdir. Bu fonda onların Paşinyanı devirə biləcəkləri mümkün hal sayılır. Hətta onların Paşinyana qarşı sui-qəsd edə biləcəkləri də istisna edilmir. Əks tərəf, Paşinyanı guya ki,  münaqişənin həllilə bağlı xəyanətkar mövqe tutmaqda ittiham edir. Ona görə də son zamanlar münaqişənin həllilə bağlı Paşinyanın davranışlarında müəyyən geri çəkilmə elementləri də diqqətdən yayınmır. Xüsusən də o ancaq Ermənistan adından danışa biləcəyini və Qarabağ ermənilərinin danışıqlar prosesində iştirak etməsini kimi əvvəllər söylədiyi fikirləri yenidən səsləndirməyə başlayıb. Bu hal da "Qarabağ klanı”nın artan təzyiqləri fonunda baş verir. 
Yaranmış vəziyyətdə İrəvanın özündə yerli əhali ilə Qarabağ erməniləri arasında ayrı-ayrı toqquşmalar baş verir. 
Əslində Ermənistanda, o cümlədən Dağlıq Qarabağda qarabağlılarla oradan olmayanlar arasında mübarizənin əsası qoyulur ki, onun  alovlanaraq müharibəyə çevrilməsi də istisna deyil. Bu günki reallıq budur. Hansı ki, belə bir reallıq danışıqlar prosesinə də öz mənfi təsirini göstərir”. 

Qeyd edək ki, son günlər Qarabağ məsələsinə görə Paşinyanı İrəvanda hədələməyə başalyırlar. Daşnaklar, «Qarabağ klanı» artıq açıq təhdidə keçirlər. Bu müstəvidə Ermənistanda yerli əhali ilə gəlmə Qarabağ erməniləri arasında ziddiyyətlər kəskinləşir. Anoloji qarşıdurma olayları Dalıq Qarabağın özündə İrəvan və Qarabağ erməniləri arasında da qızışmaqdadır. "Qarabağ klanı” sanki Paşinyana qarşı revanşa keçib.

ELÇİN


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...