Logo

Sabiq icra başçısı sağdır: Qardaşı ilə görüşdürüldü - FOTO/VİDEO

Sabiq icra başçısı sağdır: Qardaşı ilə görüşdürüldü - FOTO/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmov sağdır.

Sfera.az bildirir ki, hazırda musavat.com-un idarənin qarşısında olan əməkdaşı xəbər verir ki, qardaşı Valeh Rüstəmov Saleh Rüstəmovla görüşə buraxılıb.

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov da hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısındadır.

Onun da bir neçə dəqiqə sonra müvəkkili ilə görüşə buraxılacağı gözlənilir.

Əlavə məlumat veriləcək.

Bildirək ki, S.Rüstəmov Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı olub.

S.Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmov Şəmkirdə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

AXCP rəhbərliyi tərəfindən S.Rüstəmovun saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verilərək öldürüldüyü iddia edilirdi.

Sabiq icra başçısı sağdır: Qardaşı ilə görüşdürüldü - FOTO/VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, indiki an

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov

Sabiq icra başçısı sağdır: Qardaşı ilə görüşdürüldü - FOTO/VİDEO

Saleh Rüstəmovun vəkili və Milli Şura üzvü Eldəniz Quliyev

Sabiq icra başçısı sağdır: Qardaşı ilə görüşdürüldü - FOTO/VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR