Logo

“İşsizəm, gedirəm evə...” - Xaləddin İsgəndərov

“İşsizəm, gedirəm evə...” - Xaləddin İsgəndərov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov açıqlama verib.

Sfera.az xəbər verir ki, o, musavat.com-a heç bir vəzifəyə təyinat almadığını qeyd edib:

"Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə. Heç bir vəzifəyə təyinat almamışam”.

X. İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR