Logo

"Vaxtından əvvəl Milli Məclisə seçkilərin keçirilməsinə zərurət yoxdur" - DEPUTAT

"Vaxtından əvvəl Milli Məclisə seçkilərin keçirilməsinə zərurət yoxdur" - DEPUTAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanda vaxtından əvvəl Milli Məclisə seçkilərin keçirilməsinə zərurət yoxdur".

Bu sözləri Sfera.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Fəzail Ağamalı növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün xüsusi ehtiyacın olmadığını söyləyib:

"Bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrində xəbərlər verilir. Mənim qənaətimcə, bu məsələni gözləməyə dəyməz. Çünki Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə xüsusi ehtiyac yoxdur. Ona görə də mən belə bir seçkilərin keçiriləcəyini güman etmirəm".

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Orxan Bəşirov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR