Logo

MSK-nın prezident seçkilərinə yekun vurulması ilə bağlı iclası keçirilir

MSK-nın prezident seçkilərinə yekun vurulması ilə bağlı iclası keçirilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Mərkəzi seçki Komissiyasının aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclası başlayıb.

MSK Seçki Məcəlləsinə əsasən səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı bu müddət aprelin 21-dək olan dövrü əhatə edir.

Konstitusiya Məhkəməsi isə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR