Logo

"Bəzi KİV-lərdə gizli siyasi təşviqatlar da aşkarlanıb" - Əflatun Amaşov

"Bəzi KİV-lərdə gizli siyasi təşviqatlar da aşkarlanıb" - Əflatun Amaşov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mətbuat Şurasının təşkilatçılığı prezident seçkilərinin KİV-də işıqlandırılması mövzusunda konfrans keçirilib.

Konsfransda çıxış edən Ə.Amaşov bildirib ki, monitorinq zamanı sosial şəbəkələrdə etik qaydaların pozulması qeydə alınıb:

"Məsələn, hansısa media orqanı yazdığı xəbəri sosial şəbəkədə paylaşıb və həmin məlumatın altında etik normalara cavab verməyəm şərhlər yazılıb. Bu monitorinqə qeydə alınmayıb. Çünki bu sosial şəbəkəyə aid məsələdir. Birmənalı olaraq bəyan edirəm ki, televiziyalarda namizədlərə bitərəf münasibət göstərilib və heç bir neqativ hala rast gəlinməyib".

MŞ sədri seçkilərlə əlaqədar olaraq KİV-də 11 mənfiyönümlü material yayımlandığını bildirib:

"Bəzi KİV-lərdə gizli siyasi təşviqatlar da aşkarlanıb. Lakin bu hal azlıq təşkil edib. Ümumilikdə  1051 təşviqat materialı yayımlanıb. Telekanallarda isə 48 min 37 saniyəlik təşviqat materialı yayımlanıb. 11 mənfi yönümlü materialdan 4-2 qəzet, 7s-i isə informasiya agentliyində qeydə alınıb. Telekanalarda heç bir qanun pozuntusu qeydə alınmayıb”.

O həmçinin, sükut dövründə, 10 aprel, saat 08:00-dan sonra KİV-lərin monitorinqini də müsbət qiymətləndirib.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR