Logo

Gürcüstandakı Azərbaycan vətəndaşları ölkəmizin Tbilisidəki səfirliyində səs verirlər

Gürcüstandakı Azərbaycan vətəndaşları ölkəmizin Tbilisidəki səfirliyində səs verirlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aprelin 11-də Azərbaycanın Gürcüstandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov səsvermənin başlanması ilə əlaqədar məlumat verib. Diplomat seçicilərə uğurlar arzulayıb, onları Azərbaycanın xoşbəxt gələcəyi naminə səs verməyə dəvət edib.

Səfirliyin foyesində seçici siyahıları asılıb. Bununla yanaşı, seçki komissiyasının üzvləri səfirliyə gələn vətəndaşları əlavə qeydiyyata alıblar. Sonra səfirliyin əməkdaşları, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin - SOCAR, "Azərbaycan Dəmir Yolları” QSC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” və digərlərinin nümayəndələri, Tbilisidə yaşayan, habelə hazırda Gürcüstan ərazisində xidməti ezamiyyətdə olan Azərbaycan vətəndaşları, eləcə də bu ölkənin müxtəlif ali məktəblərində təhsil alan tələbələr səfirlikdə təşkil olunmuş seçki məntəqəsində səsvermədə iştirak ediblər.

Qeyd edək ki, hazırda səfirlikdə 557 nəfər qeydiyyatdadır.

Səsvermə Bakı vaxtı ilə saat 19:00-da başa çatacaq.

AZƏRTAC
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR