Logo

Fazil Məmmədov hansı xəstəxanadadır?

Fazil Məmmədov hansı xəstəxanadadır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşərək xəstəxanaya yerləşdirilib.

Öncə sabiq nazirin Mərkəzi Gömrük Xəstəxanasında, daha sonra isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirildiyi barədə mətbuatada məlumatlar yayıldı. Onun infarkt keçirtdiyi deyilsə də, hələ də, sabiq nazirin səhhəti ilə bağlı dəqiq məlumat yoxdur.

Fazil Məmmədovun hansı xəstəxanaya yerləşdirildiyini öyrənmək üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev ilə əlaqə saxladıq.

Baş həkim Sfera.az-a açıqlamasında ötən gün və bu gün Fazil Məmmədov adlı xəstə onlara müraciət etməyib.

Daha sonra Mərkəzi Gömrük Xəstəxanası ilə əlaqə saxladıq:

- Fazil Məmmədovun səhhəti ilə bağlı məlumat almaq istəyirdik...

- Bizim bu haqda məlumatımız yoxdur. Bizə bu haqda məlumat verilmir.

- Nə zaman xəstəxanaya yerləşdirilib?

- Ümumiyyətlə burda deyil.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR