“Bəzi qüvvələr sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edir”

“Bəzi qüvvələr sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edir”
"Azərbaycanda demokratik ənənələr çox yüksək səviyyədədir. Ona görə də bəzi qüvvələr sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edirlər”.

Bu sözləri Sfera.az-a açıqlamasında "Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov bildirib.

Ağabəy Əsgərov xaricdən Azərbaycan əleyhinə söyüş kampaniyası aparan şəxslərin xarici qüvvələr tərəfindən dəstəkləndiyini söyləyib:

"Bilirsiz, həmin şəxslər özbaşına hərəkət etmirlər, onlara göstəriş verən dairələr var. Onlar söyüş muzdularıdır. Gedib qrant alıb, Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparırlar. Ancaq onların Azərbaycandakı ictimai rəyə heç bir təsiri yoxdur. Onların hərəkətləri Azərbaycan cəmiyyətində yalnız və yalnız ikrah hissi doğurur”. 

Baş direktor qeyd edib ki, həmin şəxslərə qarşı Azərbaycan vətəndaşları və ictimaiyyət nümayəndələri daha fəal olmalıdır:

"Söyüş söymək acizliyin və zəifliyin əlamətidir. Adətən, insanda cavab verməyə arqument olmayanda dərhal söyüşə, təhqirə keçir. İndi xaricdəki həmin şəxslər də zəif və aciz adamlardır. Azərbaycan dövləti istəsə, onların qarşısını alar. Sadəcə olaraq, biz demokratik dövlətik”.   

Orxan Bəşirov


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...