"Prezident seçilsəm, Vidadi İsgəndərlinin qolunu qandallayıb Azərbaycana gətirəcəm" - Hafiz Hacıyev

Xaricdə yaşayan bir sıra şəxslər Azərbaycana qarşı qara kampaniya apararaq ölkədə qarmaqarışıqlıq yaratmağa çalışırlar. Bunun üçün sosial şəbəkələrdən aktiv şəkildə istifadə edirlər.
 
Hətta Vidadi İsgəndərli Fransada oturub, videolarında Azərbaycanı terorla hədələyir. 

Bəs Azərbaycan bu "söyüş müxalifəti"nin üzvlərinə qarşı hər hansı addımlar atacaqmı?

"Müasir Müsavat” partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev Sfera.az-a açıqlamasında Vidadi İsgəndərlinin keçmişi ilə bağlı qaranlıq məqamlardan danışıb və onun xalqı zərrə qədər düşünmədiyini deyib: 

"Bir neçə dəfə seçkilərlə əlaqədar olaraq təşkil olunan teledebatlarda bu məsələni qaldırmışdım. Çox sağ olsun, dövlətin səlahiyyətli nümayəndələri bununla bağlı açıqlama veriblər. Vidadi İsgəndərli o vaxt dəfələrlə rüşvət üstündə tutulub, bir müddət sonra qaçıb, hər zaman dövlətə-millətə xəyanət edib. Bəziləri onun qəhrəman olduğunu, xalqın dərdinə yandığını düşünürdülər.  Əslində isə Vidadi İsgəndərli bandit olub, xarici kəşfiyyata işləyib”. 

H.Hacıyev Vidadi İsgəndərlinin qollarının qandallanaraq Azərbaycana gətirilməsini tələb edir: 

"Tələb edirəm ki, o İnterpol vasitəsilə Azərbaycana gətirilsin, qanun qarşısında cavab versin. Xarici kəşfiyyatçılar onu ələ alıblar. Xarici İşlər Nazirliyinə üz tutaraq deyirəm ki, onun ekstradisiyası tələb olunsun. Prezident seçilsəm, onu qolu bağlı Azərbaycana gətirib ittiham edəcəm. İŞİD, ASALA ilə Vidadi İsgəndərli arasında heç bir fərq görmürəm. O namussuz bir insandır. Buna baxmayaraq tez-tez namusdan danışıb özünü biabır edir”.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...