Fazil Mustafa söyüşlə danışan bloqqerlər haqda: "Biz Avropada yaşayan həmin şəxslərin..."

Gündəm
15:19 / 27.03.2018
2741
Avropada yaşayan bir sıra "müxalif” şəxslər Azərbaycana qarşı qara kampaniya aparırlar.
Buna adekvat olaraq Azərbaycan Avropadan həmin şəxslərin cəzalandırılmasını tələb edəcəkmi? Onların ekstradisiya olunması istiqamətində addımlar atılacaqmı?
Millət vəkili Fazil Mustafa Sfera.az-a açıqlamasında bu haqda tədbirlərin görülə biləcəyini deyib:
"Belə hallarda müraciət edilmir. Konkret cinayət törədilibsə, bu zaman müəyyən sənədlər sübut olaraq göndərilir. Bu cür cinayətlərə daha çox şəxsiyyət əleyhinə çevrilmiş sui-qəsd, ölüm halları, yaxud da dövlət çevrilişi daxildir. İnterpol axtarışı olarsa, bu cür müraciət etmək olar. Avropada çox vaxt o cür müxalifətçilərin fikirləri tənqid kateqoriyasına şamil edilir. Halbuki, biz Avropada yaşayan həmin şəxslərin nitqində daha çox təhqirin yer aldığını görə bilərik. Müraciəti əsaslandırmaq lazımdır. Əsaslandırmaq mümkün olduqda, iki tərəfli müqavilə varsa, lazımi tədbirlər görmək mümkün olar".
Nigar Məhərrəm
Sfera.az