Rövşən Rzayevdən Akif Nağıya CAVAB: "Ermənilərlə dialoq axtarışındayıq"
R.Rzayev Sfera.az-a bildirirb ki, Akif Nağı nə danışdığını anlamır:
"Ümumiyyətlə, mən ona cavab vermək istəmirəm. Bu cür adamlara cavab verməyə ehtiyac yoxdur".
Deputat deyib ki, "Ermənistan-Azərbaycan Sülh Platforması” Azərbaycan dövlətinin maraqlarına xidmət edir:
"Bu layihə Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq, müəyyən məsələlərin həlli üçün həyata keçirilir. Bunun xüsusi mənası var. İndi o mənanı kimisi başa düşür, kimisi də düşmür. Allah onlara can sağlığı versin. Biz çalışırıq ki, "Ermənistan-Azərbaycan Sülh Platforması” ilə bağlı işlər yaxşı getsin. Hazırda da bu istiqamətdə fəaliyyət gedir. Yəqin ki, müəyyən yeniliklər olacaq. Biz ermənilərlə dialoq axtarışındayıq".
Xatırladaq ki, Akif Nağı Sfera.az-a açıqlamasında deputat Rövşən Rzayev erməni dairələrinə xidmət etməkdə ittiham edib.
Orxan Bəşirov
Sfera.az






