Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik: İdarə Heyətinin üzvlərinin sayı artdı
Kateqoriya məlum deyil
Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib.
Sfera.az bildirir ki, Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.
Nizamnamə dəyişikliyini ilə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq.(APA)






