Logo

Qarabağla bağlı risklər artır

Qarabağla bağlı risklər artır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dondurulmuş münaqişələri bütövlükdə region üçün barıt çəlləyi hesab etmək olar".Sfera.az bildirir ki,

bunu axar.az-a Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətinin regiona artan riskləri barədə

danışarkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, postsovet məkanındakı

dondurulmuş münaqişələrin saxlanılması hazırda da Rusiya üçün önəmli məsələdir:

"Məsələnin nizama salınması üçün yaradılmış beynəlxalq təşkilatların işini pozan da elə Kremldir.

Çünki sözügedən təşkilatlar Moskvanın maraqlarına əsas maneədir. Görünür, burada Rusiya ilə

yanaşı, başqa dövlətlərin də maraqları var. Dondurulmuş münaqişələrin saxlanılması getdikcə bütövlükdə

region üçün təhlükəli tendensiyaya çevrilir. Bu, birbaşa regiondakı ticari və iqtisadi əlaqələri iflic edir,

dövlətlər arasında düşmənçilik toxumu səpməklə münaqişələrin yenidən alovlanmasına və daha geniş

sahələri əhatə etməsinə əlverişli şərait yaradır. Qarabağ münaqişəsinin hazırkı vəziyyəti bütövlükdə

region üçün barıt çəlləyidir. Başda BP olmaqla, bir sıra Qərb şirkətləri Azərbaycana xeyli sərmayə

yatırıb. Bakı-Ceyhan, Bakı-Ərzurum, Avropa ilə Asiyanı birləşdirən böyük enerji və nəqliyyat dəhlizlərinin

başa çatdırılması prosesi gedir. Moskva və İrəvanın status-kvonun saxlanılmasına yönəlik addımları

vəziyyəti müharibə ilə əvəzləyə və nəticədə bütün infrastruktur layihələrini məhv edə bilər. Qərb bu cür

təhlükəli risklərin fərqindədir və çox güman ki, yatırılan iri sərmayələrinin ziyan görməməsi üçün Dağlıq

Qarabağın artıq dondurulmuş münaqişə formatından çıxması istiqamətində səylərini artıracaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR