Çingiz Qənizadə keçmiş deputat həmkarını qınadı - Bu səbəbə görə

Çingiz Qənizadə keçmiş deputat həmkarını qınadı - Bu səbəbə görə
Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş deputat, jurnalist Etibar Hüseynovun Avropada "siyasi mühacir” adı altında fəaliyyət göstərən və anti-Azərbaycan dairələrdən təlimat alan Orduxan Teymurxan, Məhəmməd Mirzəli və Tural Sadiqli ilə debata çıxmasını pisləyib. 
 

Ç.Qənizadə Sfera.az-a bildirib ki, Orduxan Teymurxan, Məhəmməd Mirzəli və Tural Sadiqli kimi şəxslərə baş qoşmaq doğru deyil:
 

"Şəxsən mən bu adamlarla keçmiş və ya indiki deputatların debata çıxmasını, fikir mübadiləsi aparılmasını düzgün hesab etmirəm. Çünki belə olan təqdirdə həmin şəxslər özlərini reklam edərək, "qəhrəman" hesab edirlər. Onlara cavab verilməsi həmin adamların yaramaz fikirlərinin yayılmasına xidmət edir. Mən ümumiyyətlə, bu adamlarla debata çıxmağın əleyhinəyəm. Debata o adamla çıxarsan ki, qarşındakı şəxs səninlə bərabər gücdədir, səviyyədədir, faktlara və məntiqə söykənən fikirlər ortaya qoyur və sairə. Bu adamlar səviyyəsiz formada fikirlər orata qoyurlarsa, onlarla danışmağın və ya debata çıxmağın heç bir mənası yoxdur". 
 

Deputat Orduxan Teymurxan, Məhəmməd Mirzəli və Tural Sadiqlinin yol verdikləri cinayətlərə görə cəzalandırılmasını da təklif edib: 
 
   
"Əgər bu şəxslər qanuna zidd olaraq, Azərbaycanın dövlət başçısı haqqında fikirlər səsləndirirlərsə, o zamanı cənab İlham Əliyevin müdafiə hüququnu Ədliyyə Nazirliyi həyata keçirməlidir. Yəni, Azərbaycanın Ədliyyə Nazirliyi Orduxan Teymurxan, Məhəmməd Mirzəli və Tural Sadiqlinin yaşadığı və qanunu pozduğu ölkələrin ədliyyə orqanları ilə yazışmalar aparmalıdır və faktları ortaya qoymalıdır. Bu adamların Azərbaycana ekstradisiyası sonrakı mərhələdir. Ən azı çağırılıb məsuliyyətə dəvət olunması, fikirlərdə təhqir və əxlaqa ziddi ifadələrin işlədilməməsi ilə bağlı xəbərdarlıq da oluna bilər. Yəni, bütün bunlarla bağlı Azərbaycanın rəsmi qurumları müvafiq addımlar ata bilər".
 
Xatırladaq ki, Milli Məclisin keçmiş deputatı, jurnalist Etibar Hüseynov Avropada özlərini "siyasi mühacir” adlandıran Orduxan Teymurxan, Məhəmməd Mirzəli və Tural Sadiqli ilə sosial şəbəkələr vasitəsilə debat aparıb.


OXŞAR XƏBƏRLƏR

"Süni intellekti iqtisadiyyata tətbiq edən ölkələr qlobal bazarlarda lider olacaqlar" - ŞƏRH

“Süni intellektin iqtisadi inkişafa təsirinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı deputat T...

Prezident “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.   ...

“2025-ci ildə neftə tələb artacaq” - İEA

Beynəlxalq Enerji Agentliyi (İEA) bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,96 milyon barelə çatacağını proqnozlaşdırıb. ...

Növbəti iki gündə yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Bəzi rayonlarda növbəti iki gündə yağış və qar yağacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. &...

Sumqayıtda 16 yaşlı yeniyetmə qətlə yetirildi

Sumqayıt şəhərində 16 yaşlı yeniyetmə qətlə yetirilib.   Sfera.az-ın məlumatına görə, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.   2008-c...

Sabah bu rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ!

Sabah Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəri...