Mübariz İbrahimovun doğum günüdür
Sfera.az xəbər verir ki, 2005-ci ildə orada orta təhsilini başa vurub.
Əsgəri xidmətini Daxili Qoşunların "N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib.
2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
19 iyun 2010-cu ildə, gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni səngərinə hücum edib.
Düşməni ağır itkilərə məruz qoyan Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.
19 iyun 2010-cu il tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında şəhid olub.
Düşmənlə aramsız danışıqlardan sonra onun meyitini geri almaq mümkün olub.
Ölümündən sonra M.İbrahimova Milli Qəhrəman adı verilib.






