Azərbaycanlı milyonçunun oğlu ilə avtoxuliqanlıq edən erməni qızından — YENİ XƏBƏR

Azərbaycanlı milyonçunun oğlu ilə avtoxuliqanlıq edən erməni qızından — YENİ XƏBƏR
 Rusiyanın paytaxtı Moskva şəhərində "at oynadan” 22 yaşlı erməni qızı yenə də polis tərəfindən saxlanılıb.
 
Sfera.az Ölkə.Az-a istinadən xəbər verir ki, 22 yaşlı Maru Baqdarasyan yenə də Moskvada sükan arxasında görünüb. Tanınmış avtoş qız yenə qayda pozduğuna görə polis tərəfindən saxlanılıb. Komsomolski küçəsində avtoşluq edən Maru Baqdarasyan yol polisi tərəfindən saxlanılıb.
 
"Bu dəfə də Maru Baqdarasyan sükan arxasında saxlanıldı. Onun barəsində protokol tərtib olundu”, - deyə Moskva şəhər yol polisindən bildirilib.
 
Polisdən bildiriblər ki, dünənə gecə saat 2 radələrində avtoş qız yol polisi tərəfindən təqdib olunub. Uzun müddət təqib edildikdən sonra onu saxlayıblar. Yol polisi sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən Maru Baqdarasyan haqqında protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Qeyd edək ki, 22 yaşlı Maru Baqdarasyan yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 150 dəfə cərimə olunub. Bundan başqa, onun barəsində 15 gün azadlıqdan məhrum etmə cəzası kəsilib. Lakin M.Baqdarasyan həkimdən yalandan xəstəlik kağızı alıb və bu cəzadan canını qurtarıb. Sonradan bu işin üstü açılıb. Onun barəsində 1 il olis nəzarəti altında olmaqla şərti cəza kəsilib. Bu ilin mart ayında onun sürücülük vəsiqəsi əlindən alınıb və ona avtomobil idarə etmək qəti qadağan edilib. Bu qərar baş vermiş yol qəzalarının birində Maru Baqdarasyanın huşunun getməsi səbəbindən qəbul edilib. Müəyyən olunub ki, qız epilepsiya xəstəsidir. Lakin avtoş qız buna əhəmiyyət vermir. Hətta onun barəsində karikatura da hazırlanıb.

Xatırladaq ki, ötən il Maru Baqdarasyan "Lukoyl” şirkətinin vitse-prezidentinin Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan ilə birlikdə Moskva küçələrində avtoxuliqanlıq edən üçüncü şəxs də saxlanılıb. Qaqarin məhkəməsinin hökmü ilə o, 10 sutka həbs cəzasına məhklum edilib. 22 yaşlı qız polis əməkdaşlarına tabe olmamaqda ittiham olunub.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...