Logo

Tarix İnstitutunun xəritə bəyanatına AMEA-dan cavab: Yanlış rəy...

Tarix İnstitutunun xəritə bəyanatına AMEA-dan cavab: Yanlış rəy...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif Rus bölməsi üzrə "Ümumi tarix" dərsliyi ilə bağlı birgə məlumat yayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu günlərdə bir sıra KİV-lərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif "Ümumi tarix” dərsliyi ilə bağlı müraciəti yer alıb. Müraciətdə şərh olunan məsələlər bir çox KİV-lərin xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir: "Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir".

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR