Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək
Kateqoriya məlum deyil
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.
Sfera.az






