Logo

AŞPA-da vəziyyət ürəkaçan deyil - Millət vəkili

AŞPA-da vəziyyət ürəkaçan deyil - Millət vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son hadisələr Avropa Şurası Parlament Assambleyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi və yeni seçiləcək prezidentin üzərinə böyük vəzifə düşür.

Report-un xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümyəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın plenar iclasında çıxış edib.

S.Seyidov bildirib ki, Azərbaycan müsəlman dövləti olaraq insan hüquqları sahəsində böyük nəaliyyətlər əldə edib. O deyib ki, bəzi müsəlman dövlətlərində baş verən mənfi əməllər bütün müsəlman ölkələrinə şamil edilməməlidir.

Azərbaycanın AŞPA-dakı nümyəndə heyətinin rəhbəri qeyd edib ki, son hadisələrlə bağlı Avropa Şurası dövlətləri daxilində fikir ayrılıqları güclənib və bu mənfi təmayül davam etməkdədir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR