Logo

İntensiv yağışlar başlayır - Proqnoz

İntensiv yağışlar başlayır - Proqnoz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-20° isti, Bakıda gecə 14-16°, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16°, gündüz 17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR