Logo

İraqdakı azərbaycanlı körpələrlə bağlı növbəti - Açıqlama

İraqdakı azərbaycanlı körpələrlə bağlı növbəti - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suriyanın İŞİD-in işğalından azad edilən ərazilərində tapılan uşaqlar ölkəmizə qayıtdıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin azyaşlıların sosial, psixoloji problemlərinin həllinə yardım edəcək.

Komitədən Trend-ə verilən məlumata görə, hazırda həmin uşaqların ölkəmizə geri qaytarılması üçün aidiyyatı qurumlar iş aparır: "Bu işlər bizim səlahiyyətimizdən kənardır. Bu məsələ ilə təhlükəsizlik qurumları məşğul olur. Lakin o uşaqlar qayıtdıqdan sonra onların ailələrə qaytarılması, doğmalarının tapılmasına yardım edəcəyik”.

Qeyd edək ki, Rusiya KİV-ləri Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın tapılması barədə xəbər vermişdilər. Uşaqlar ata-analarının öldüyünü bildiriblər.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR