İşçi qrupu Tehrana toplaşır: Xəzərin hüquqi statusu...

İşçi qrupu Tehrana toplaşır: Xəzərin hüquqi statusu...

Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun növbəti iclasının oktyabrda Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilməsi planlaşdırılır.

Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, iclasın dəqiq vaxtı tərəflər arasında razılaşdırılır.

Nazir müavini istisna etməyib ki, bu ilin sonuna qədər Xəzəryanı ölkələrin XİN başçılarının görüşünün keçirilməsi məsələsi yenidən gündəmə çıxarıla bilər: "Lakin bütün bu məsələlər hələlik müzakirə mərhələsindədir. Sammitin keçirilməsi prosesin gedişatından asılı olacaq. Əgər işçi qrupunun iclası və nazirlər görüşü keçirilsə və biz əsaslı dəyişikliklər və açıq qalan məsələlər üzrə yaxınlaşma görsək, onda sammitin keçirilməsi barədə qərar qəbul ediləcək", - deyə nazir müavini bəyan edib. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR