Akif Əlinin ağzını tikim - Məşhurlar nələr yazdı?

Gündəm
16:20 / 08.09.2017
1230
Sfera.az dünya şöhrətli azərbaycanlı alimi aşağılayan və az sonra ictimaiyyətdən üzr istəyən Akif Əliyə ünvanlanan bəzi statusları təqdim edir:
Kəramət Böyükçöl: "Akif Əlinin ağzını tikim" (Elza Seyidcahan).
Rauf Arifoğlu: "Fındıqağıl məmur üzr istədi”.
İlqar Əlfioğlu: "Ay hökumət, adamı bir yerdə çox saxlayıb qatıqlamağa məcbur etmə!”
Vüsal Məmmədov: "Akif Əli birinə "fındıqbaş" deyib, o birinə "balqabaqbaş". Maraqlıdır, üçüncü adama nə deyəcək?”
Ələsgər Süleymanov: "Gör kim kimin başına ilişir e”.
Mahir Məmmədli: "Akif Əli deyəsən paxmeldir. Qazlı su, limon və duz qarışığı paxmelə kömək edir, Akif müəllim. Sınayın”.
Ceyhun Səfər: "Böyük bir alimi "fındıqbaş” adlandıranın beyni də məncə, fındıqdan böyük olmamalıdır”.
Vaqif Aydınoğlu: "Dünya şöhrətli ziyalısına fındıq, balqabaq deyən zehniyyət kimə, nəyə xidmət edir? Beləsinin dilinin altındakı fındığı alıb, qoltuğunun altına bir balqabaq qoyub, yola salmaq lazımdı xiyar əkməyə. Heç olmasa bostanda bəlkə xalqa bir xeyiri dəyər”.
Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli işlətdiyi ifadələrə görə sosial şəbəkədəki hesabından üzr istəyib. Baş nazirin müavini Abid Şərifov isə A.Əlinin bu sözünə görə cəzalanacağı barədə mediaya açıqlama verib.
Sfera.az