Logo

Həftə sonu hava necə olacaq?

Həftə sonu hava necə olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Növbəti iki-üç gün ərzində Azərbaycan ərazisində isti hava şəraitinin davam edəcəyi gözlənilir.

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın günlərdə güclü küləkli hava şəraiti gözlənilmir: "Paytaxtda mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu günorta saatlarında 33-38 dərəcə arasında dəyişəcək”.

G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında da isti hava şəraiti müşahidə olunacaq: "Şərq küləyi əsəcək. Havanın temperaturu 35-40 dərəcə arasında dəyişəcək”.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR