Logo

Millət vəkili Zəhranın yeni fotolarını yayıb

Millət vəkili Zəhranın yeni fotolarını yayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Millət vəkili Aydın Mirzəzadə Ermənilərin ordusunun qətlə yetirdiyi Zəhranın yeni şəkillərini paylaşıb.

Sfera.az-ın məlumatına görə, millət vəkili şəxsi Feysbuk hesabında 2 yaşlı Zəhra Quliyevanın fotolarını paylaşaraq bunları yazıb:

"4 iyul 2017-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Fizuli rayonunun Alxanlı kəndində həlak olmuş yaşyarımlıq Zəhra Quliyevanın yeni şəkilləri”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Sfera.az

Millət vəkili Zəhranın yeni fotolarını yayıb
Millət vəkili Zəhranın yeni fotolarını yayıb
Millət vəkili Zəhranın yeni fotolarını yayıb
Millət vəkili Zəhranın yeni fotolarını yayıb

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR