Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi

Müdafiə Nazirliyində (MN) 143 milyon manatın mənimsənilməsi faktı üzrə təqsirləndirilən Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar./oxu.az





