"Ermənilər suriyalı qaçqınları Qarabağda yerləşdirir" - Paşayeva

Millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da çıxış edib.
Sfera.az xəbər verir ki, millət vəkili Ermənistan hökumətinin Suriyadan köçkün düşmüş erməniləri öz işğalçılıq oyunlarına alət edərək, işğal etdiyi Azərbaycan torpaqlarına yerləşdirdiyini deyib və bunun beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qətnamələrinə zidd olduğunu söyləyərək AŞPA-nı buna səssiz qalmamağa çağırıb.
"Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətində asılı olmayaraq, dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda, bu, insani dəyərlərlə də doğru yanaşma deyil. Amma Ermənistan Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərdən öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadədə davam edir. Onları Ermənistana deyil, işğal etdikləri Azəərbaycan torpaqlarına yerləşdirirlər. Yəni bu insanları bilərəkdən işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər ki, Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir və biz Miqrasiya və Köçkünlər Komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişənin həllinə də mənfi təsir göstərən bu qeyri-qanuni əməllərinə səssiz qalmamağa çağırırıq”, - millət vəkili bildirib.