Logo

Silahlı Qüvvələrdə "Açıq qapı" günü

Silahlı Qüvvələrdə "Açıq qapı" günü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” təşkil olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR