Moldova prezidenti Milli Məclisdə

Gündəm
16:33 / 22.06.2017
1212
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iyunun 22-də Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.
Sfera.az xəbər verir ki, görüşdən əvvəl Moldova Prezidenti Milli Məclisin əsas iclas zalına baxıb, deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.
Sonra Heydər Əliyev muzeyi ilə tanış olan Moldova dövlətinin başçısı xatirə kitabına ürək sözlərini yazıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sfera.az