Dəmir Yolları gücləndirilmiş iş rejminə keçir

Gündəm
16:29 / 22.06.2017
1165
Azərbaycanda bayram günlərində sərnişin axınının artması ilə əlaqədar olaraq "Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək.
Şirkətdən Sfera.az-a verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub: "Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək".
Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
Sfera.az